Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Mançester Siti"nin futbolçusu Ariyanet Muriçi icarəyə götürüb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı qapıçı 2021/22 mövsümünü icarə əsasında "Adana Dəmirspor"da keçirəcək.
 
"Adana Dəmirspor" bundan əvvəl Lukas Kastro, Mario Balotelli, Benjamin Stambuli, Britt Assombalonqa kimi futbolçuları transfer edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest