Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Moskva "Lokomotiv"i ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, "Ufa" 3 turdan sonra 1 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest