İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın "Atalanta" klubundan Kristian Romeronu transfer edib.
 
Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
"Tottenhem" bu transfer üçün "Atalanta"ya 55 milyon avro ödəyəcək.
 
Kristian Romero 2020-ci ildən "Atalanta"nın uğurları üçün çalışırdı. O, ötən mövsüm bu komandanın heyətində 42 matça çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest