Bu gün futbol üzrə Fransa çempionatında 2021/22 mövsümünə start verilib. Matc.az xəbər verir ki, yeni mövsümün açılış matçında "Monako" və "Nant" komandaları üz-üzə gəlib.
 
Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xal ilə kifayətləniblər.
 
Son çempion "Lill"in ilk turdakı rəqibi "Mets" olacaq. Heyətini Serxio Ramos, Əşrəf Hakimi, Corcinyo Veynaldum kimi futbolçularla gücləndirən PSJ səfərdə debütant "Trua" ilə qarşılaşacaq.
 
Fransa Liqa 1
1-ci tur
6 avqust
 
Monako – Nant 1:1
Qol: Martins, 14 – Kastelletto, 42.
 
7 avqust
 
19:00. Olimpik (Lion) – Brest
23:00. Trua – PSJ
 
8 avqust
 
15:00. Renn – Lans
17:00. Bordo – Klermon
17:00. Nitsa – Reyms
17:00. Sent-Etyen – Loryan
17:00. Strasburq – Anje
19:00. Mets – Lill
22:45. Monpelye – Olimpik (Marsel)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest