Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi norveçli müdafiəçi Birger Melinqi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Nim"dən transfer olunan futbolçu üçün 3 milyon avro ödənilib.
 
Norveç yığmasının da üzvü olan 26 yaşlı sol cinah müdafiəçi ötən ilin yayından "Nim"də çıxış edirdi. O, əvvəllər "Rusenborq" və "Stabek"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest