İspaniyanın "Alaves" klubu "Mançester Yunayted"in hücumçusu Fakundo Pelistrini yenidən icarəyə götürüb. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 19 yaşlı hücumçunun 2021/22 mövsümündə də "Alaves"in uğurları üçün çalışacağı qeyd olunub.
 
Qeyd edək ki, İspaniya klubu uruqvaylı futbolçunu bu ilin yanvarında da 6 aylıq icarəyə götürmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest