Fransanın "Bordo" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın "Boavişta" klubundan Rikardo Manqası heyətinə qatıb.
 
Bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Portuqaliyalı sol cinah müdafiəçisi satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Manqas peşəkar karyerasına 2017-ci ildə "Aves"də başlayıb. "Mirandela"da da oynamış müdafiəçi, 2020-ci ilin yayından "Boavişta"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest