"Mançester Yunayted"i tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib. Matç.az saytının "Telegraph"a istinadən məlumatına görə, müdafiəçi Markos Roxo özünə klub axtarmağa başlayıb.

Zədə səbəbindən komandasının Dubay toplanışını tərk edən və ölkəsi Argentinaya yollanan 29 yaşlı futbolçu əsas heyət üzünə həsrət qalıb. Rəhbərlik futbolçuya başqa klublarla danışıq aparmaq icazəsi verib. Onun yayda "qırmızı şeytanlar"ı tərk edəcəyi artıq dəqiqdi.

Qeyd edək ki, bu mövsüm cəmi 2 oyunda iştirak edən Markos Roxonun müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest