Millimizin də üzvü olan hər 2 futbolçu təcrübə proqramı əsasında Zaqreb təmsilçisinin müvafiq komandalarının heyətində məşqlərdə iştirak edəcək və oyunlara çıxacaqlar.

"Sabah"  və "Dinamo" Futbol Akademiyası arasında əməkdaşlıq davam edir. Matc.az klubun saytına istinadən xəbər verir ki,  tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində U-17 və U-19 komandalarının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev "Dinamo" Futbol Akademiyasında təcrübə keçmək üçün Xorvatiyanın paytaxtı Zaqrebə yola düşüblər. 
 
Millimizin də üzvü olan hər 2 futbolçu təcrübə proqramı əsasında Zaqreb təmsilçisinin müvafiq komandalarının heyətində məşqlərdə iştirak edəcək və oyunlara çıxacaqlar.
 
AFFA-nın dəstəyilə həyata keçirilən təcrübə proqramı avqustun 23-nə kimi davam edəcək. "Sabah" və "Dinamo" arasında əməkdaşlıq müqaviləsinə əsasən, gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, tərəflər arasında əməkdaşlıq haqqında müqavilə 2019-cu ilin yayında bağlanıb və iki klubun futbol akademiyalarının təcrübə mübadiləsini nəzərdə tutur. Lakin bir müddətdi COVİD-19 pandemiyası ilə bağlı bu əməkdaşlığın həyata keçirilməsi istiqamətində müəyyən durğunluq yaranmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest