"Aydın məsələdir ki, "Neftçi" əsas hücumçusunu itirəcək. Amma bunu həddiyə eləmirlər. "Bursaspor"dan alacaqları pulu düzgün sərf eləsələr..."

"Yerli oyunçularımızın ölkə xaricinə getməsinə müsbət yanaşıram. Sadəcə, indi Namiq Ələskərovun gedəcəyi klub ikinci liqadan olduğu üçün birmənalı danışmaq olmur". Matc.az xəbər verir ki, bu sözləri Namiq Ələskərovun Türkiyənin "Bursaspor" klubuna transfer olunması xəbərinə münasibət bildirən menecer Tural Əsgərov deyib.
 
Əsgərov "Sizcə, Namiqi ikinci liqada nə cəlb edə bilər" sualını belə cavablayıb: "Türkiyə çempionatıdır, "Bursaspor"un da adı var. Bu gün ikinci liqada ola bilər. Amma növbəti mövsüm Super Liqada da oynaması mümkündür. Köklü bir klubdur. Orada oynayanda özünü daha çox futbolçu kimi hiss edirsən. Tribunalara baxanda oturacaq yox, adam görürsən. Bunlar çox əhəmiyyətlidir".
 
O, Namiqin mümkün gedişinin "Neftçi"yə hansı təsirləri olacağından da söz açıb: "Aydın məsələdir ki, "Neftçi" əsas hücumçusunu itirəcək. Amma bunu həddiyə eləmirlər. "Bursaspor"dan alacaqları pulu düzgün sərf eləsələr, Namiqi artıqlaması ilə kompensasiya eləmək olar. Düzdü, yeni mövsümə az qalıb. Amma nəzərə alaq ki, bu söhbətlər bir müddət öncədən var. Yəqin ki, hər şey plan üzrə gedib. Qəfilfən təklif gəldi, sataq deyə, bir şey olmayıb". sportinfo.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest