"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Zirə"yə qarşı keçirdikləri yoxlama matçından sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, Abbasov, 1:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
 
"Avropa Konfrans Liqasında mübarizəni dayandırdıqdan sonra bütün komanda olaraq Premyer Liqanın startına köklənmişik. İlk tur öncəsi bu yoxlama oyunu bizim üçün olduqca vacib idi. "Zirə" ilə matçda bütün futbolçularımı iş başında görməklə onların son durumlarının hansı səviyyədə olduğunu izlədik. Sevindirici haldır ki, ağır təlim-məşq toplanışı və vacib avrokubok qarşılaşmalarından sonra komandam yorğun olsa da, ümumi yükləmələrin öhdəsindən gəldi. Növbəti həftəyə qədər daha da hazır olmağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest