"Qarabağ" futbolçusu Kvabena Ovusunu Türkiyənin "Ankaragücü" klubuna icarəyə verib. Matc.az xəbər verir ki, 24 yaşlı vinger Ankara təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Ankaragücü" 2021/22 mövsümündə Türkiyə 1-ci liqasında mübarizə aparacaq.
 
Ovusu 2019-cu ildən "Qarabağ"da çıxış edir. O, Ağdam təmsilçisində 44 oyuna 9 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest