İngiltərənin "çelsi" və İspaniyanın "Vilyarreal" komandaları arasında keçiriləcək UEFA Super Kuboku matçının hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək matçı Rusiyadan olan hakimlər briqadası idarə edəcək.
 
Oyunun baş hakimi Sergey Karasyov olacaq. Ona yan xətt hakimləri İqor Demeşko və Maksim Qavrilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Belarusdan Alekey Kulbakov yerinə yetirəcək.
 
Avqustun 11-də keçiriləcək "çelsi" – "Vilyarreal" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest