İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Leypsiq"in yarımmüdafiəçisi Lazar Samardjiçi transfer edib.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Samardjiç Almaniyanın "Herta" klubunun yetirməsidir. O, "Leypsiq"ə 2020-ci ilin sentyabrında transfer edilmişdi. Yarımmüdafiəçi Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas milliyə dəvət almayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest