Tokio-2020-də qadın voleybolçuların mübarizəsinə yekun vurulub. Matc.az xəbər verir ki, final matçında ABŞ və Braziliya milliləri üz-üzə gəlib. Görüş amerikalıların aşkar üstünlüyü şəraitində keçib. Nəticədə Karç Kirayın yetirmələri hər üç seti aktivlərinə yazdıraraq? qızıl medala sahib çıxıblar. Bu, qadın voleybolçulardan ibarət ABŞ millisinin Olimpiadalar tarixində qazandığı ilk qızıl medaldı.
 
Tokio-2020
Voleybol (qadınlar), final
 
ABŞ - Braziliya - 3:0 (25:21, 25:20, 25:14)
 
Qeyd edək ki, Cənubi Koreyanı 3:0 hesabı (25:18, 25:15, 25:15) ilə məğlub edən Serbiya Tokio-2020-nin bürünc mükafatçısı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest