Tokio-2020-də basketbol yarışlarına yekun vurulub. Matc.az xəbər verir ki,  qadın basketbolçuların mübarizəsində qalib müəyyənləşib. Finalda ABŞ və Yaponiya milliləri üz-üzə gəlib. Qarşılaşma amerikalıların aşkar üstünlüyü şəraitində keçib. Yekunda 90:75 hesabı ilə qalib gələn ABŞ qızıl medala sahib çıxıb. Brittni Qrayner 30 xalla qələbədə əsas pay sahibi olub. Beləliklə, ABŞ-ın qadın basketbolçulardan ibarət yığması ardıcıl 7, ümumilikdə isə 9-cu dəfə Olimpiya çempionluğunu bayram edib.
 
Tokio-2020
Basketbol (qadınlar), final
 
ABŞ - Yaponiya - 90:75

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest