Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi çinin "Beytsin Qoan" klubundan Kim Min Jeni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra "Fənərbaxça" ilə rəsmi müqavilə imzalayacaq. Kim Cənubi Koreya milli komandasının üzvüdür. 
 
"Fənərbaxça" "Bursaspor"un yarımmüdafiəçisi Burak Kapacakı da heyətinə qatıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Burak tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atıb. 21 yaşlı sol cinah vingeri "Bursaspor"la 83 rəsmi oyunda 7 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. ötən mövsüm isə o, TFF 1-ci liqada meydana çıxdığı 31 matçda 7 qol və eyni sahda da məhsuldar ötürməyə imza atıb.
 
"Sarı-lacıvərdlilər"in digər transferi isə Emir Ortakayadır. "Gənclərbirliyi"ndən transfer olunan 17 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Mərkəz müdafiəçisi olan Emir, "Fənərbaxça"nın əvəzedici komandasında forma geyinəcək.
 
Türkiyə nəhəngi daha öncə Stiven Koker, Serdar Dursun və çağtay Kurukalıpı transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest