Almaniyanın "Auqsburq" və "Herta" komandaları futbolçu dəyişikliyi edib. Matc.az xəbər verir ki, "Herta"nın yarımmüdafiəçisi Aren Mayer icarə əsasında "Auqsburq"a keçib. Auqsburqlular mövsümün sonunda 22 yaşlı futbolçunun transfer hüquqlarını da ala bilər. "Herta"nın öz yetirməsi olan yarımmüdafiəçi, ötən mövsüm "Arminiya"da da icarədə oynayıb.
 
"Herta" isə "Auqsburq"un hücumçusu Marko Rixteri birdəfəlik transfer edib. 23 yaşlı futbolçunun transferi 8 milyon avroya başa gəlib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest