Rusiyanın "Zenit" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Braziliyanın "Braqantino" klubundan Klaudinyonu transfer edib.
 
Bu barədə "Zenit"in mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
Klaudinyo Braziliya yığması ilə Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest