Yeni mövsümə hazırlığını davam etdirən "Roma" komandası yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv İspaniyanın "Betis" komandası ilə qarşılaşıb. Görüş "Roma"nın 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
Matçda "Roma"nın heyətində Canluka Mançini, Rik Karsdorp və Lorenso Pelleqrini qırmızı vərəqə alıb. Komandanın baş məşqçisi Mourinyo isə meydandan qovulub və tribunaya göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest