İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi uruqvaylı müdafiəçi Matias Vinanı transfer edib.
 
Bu barədə "canavarlar"ın rəsmi saytı məlumat yayıb. "Palmeyras"dan transfer olunan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Roma" bu transferə görə Braziliya klubuna 13 milyon avro ödəyib. Matias yeni komandasında "5" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Uruqvay millisində də forma geyinən Matias Vina, 2020-ci ilin yanvarından "Palmeyras"da çıxış edirdi. O, daha öncə Uruqvayda "Nasional"ın da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest