Futbol üzrə Moldova çempionatında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Şerif"in qonağı olub. Futbolçumuzun komandası Tiraspolda biabırçı hesabla uduzub – 1:7.
 
Orxan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Dinamo-Avto" 5 turdan sonra 4 xalla 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest