Futbol üzrə çexiya 2-ci divizionunda 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Pribram"la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 81-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə fərqlənməklə komandasının ilk qolunu vurub.
 
3 turdan sonra 3 xala malik "Viktoriya" 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest