"Qalatasaray"ın müdafiəçisi Ozan Kabak karyerasını Almaniyada davam etdirməyə yaxındı. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "Ştutqart" 18 yaşlı mərkəz müdafiəçisi üçün qarşı tərəflə danışıqlar aparır.

Bundesliqa təmsilçisi İstanbul nəhənginə keçid müqabilində 12 milyon avro təklif edib. Türklər bunu qəbul edib və klublar arasında anlaşma əldə olunub. İndi qalır Ozanın qərarı. Gənc futbolçu müsbət cavab verəcəyi təqdirdə, Almaniyaya yollanacaq və yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, "Qalatasaray" akademiyasının yetirməsi olan Ozan Kabak bu mövsümdən əsas heyətə qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest