Futbol üzrə ABŞ birinci liqasında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Las Veqas Layts" ilə qarşılaşıb. "Finiks Rayzinq" bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
 
Dadaşov bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
Cari mövsümdə keçirdiyi 16 oyunda 36 xal toplayan "Finiks Rayzinq", son heç-heçəyə görə zirvəni əldən verib və hazırda ikinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest