Futbol üzrə Fransa çempionatında yeni mövsümün ilk turuna yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun günündə təsadüf edib.
 
"Renn" – "Lans", "Nitsa" – "Reyms" və "Sent-Etyen" – "Loryan" matçlarında qalib müəyyənləşməyib. "Bordo" evdə "Klermon"a, "Strasburq" isə "Anje"yə uduzub.
 
Son çempion "Lill" səfərdə "Mets"lə qarşılaşıb. Qonaqlar bu oyunda məğlubiyyətdən son anda xilas olublar. Marsel "Olimpik"i isə "Monpelye" ilə səfər oyununda əzmkar qələbəyə sevinib.
 
Fransa Liqa 1
1-ci tur
6 avqust
 
Monako – Nant 1:1
Qol: Martins, 14 – Kastelletto, 42.
 
7 avqust
 
Olimpik (Lion) – Brest 1:1
Qol: Slimani, 62 – Kardona, 43.
 
Trua – PSJ 1:2
Qol: Haccam, 9 – Hakimi, 19. İkardi, 21.
 
8 avqust
 
Renn – Lans 1:1
Qol: Sulemana, 14 – Fofana, 19.
 
Bordo – Klermon 0:2
Qol: Bayo, 82. Dossu, 90+2.
 
Nitsa – Reyms 0:0
 
Sent-Etyen – Loryan 1:1
Qol: Xazri, 70 – Le Qoff, 52.
 
Strasburq – Anje 0:2
Qol: Traore, 57. Bahoken, 81.
 
Mets – Lill 3:3
Qol: Kentonze, 31; 52. Udol, 41 – Botman, 23. İkone, 81. B.Yılmaz, 90+6.
 
Monpelye – Olimpik (Marsel) 2:3
Qol: L.Peres, 30-öz qapısına. Laborde, 34 – C.ünder, 68. Payet, 75; 80.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest