Qeyd edək ki, avqustun 12-də "Jozi Bartel" stadionunda keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşmasına Bakı vaxtı ilə 21:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyunda Lüksemburq təmsilçisi 2:1 hesablı səfər qələbəsinə sevinib.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. Matc.az xəbər verir ki, o, bu həftə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin oyununu idarə edəcək.
 
Azərbaycanlı referi Lüksemburqda yerli "Fola Eş" və Şimali İrlandiyanın "Linfild" komandasındası arasındakı cavab matçında iş başında olacaq.
 
Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
 
Hakimlərimizin işinə Bolqarıstandan olan Kostadin Gerginov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə Duşko Qrabovaç (Xorvatiya) olacaq.
 
Qeyd edək ki, avqustun 12-də "Jozi Bartel" stadionunda keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşmasına Bakı vaxtı ilə 21:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyunda Lüksemburq təmsilçisi 2:1 hesablı səfər qələbəsinə sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest