"Aston Villa" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Mançester Yunayted"in müdafiəçisi Aksel Tuanzebeni heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı konqolu futbolçu 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb.
 
Tuanzebe "Mançester Yunayted"in öz yetirməsidir. O, 2018 və 2019-cu illərdə də "Aston Villa"da icarədə oynamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest