UEFA Avropa Konfrans Liqasının 3-cü mərhələsinin "Qarabağ" – AEL (Kipr) matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Matc.az xəbər verir ki, əvvəlcə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək. Qurbanovun konfransı avqustun 11-də, saat 18:00-da olacaq.
 
AEL-in baş məşqçisi Duşan Kerkesin mətbuat konfransı isə həmin gün saat 19:30-da olacaq.
 
Avqustun 12-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – AEL matçı saat 20:00-da başlayacaq. Komandalar arasında Kiprdə baş tutan matç 1:1 hesablı heç-heçə ilə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest