İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Serxio Aquero sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Aqueronun son durumu tibbi müayinədən sonra bilinəcək. 33 yaşlı hücumçu La Liqanın startını buraxa bilər.
 
La Liqada yeni mövsümə avqustun 13-də start veriləcək. "Barselona" ilk tur çərçivəsində, avqustun 15-də "Real Sosyedad"ı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest