Futbol üzrə İsveçrə millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bundan sonra sözügedən yığmanı Murat Yakın çalışdıracaq.
 
Bu barədə İsveçrə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə Dç-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Vladimir Petkoviçi əvəzləyib.
 
Qeyd edək ki, Murat Yakın daha əvvəl İsveçrənin "Bazel", "Sion" və Rusiyanın "Spartak" (Moskva) komandalarına başçılıq edib. İsveçrəli mütəxəssisin son klubu isə yerli "Şaffhauzen" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest