İngiltərənin "Vest Hem" klubunda çıxış edən qapıçı Lukas Fabianski Polşa yığmasındakı karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. Təcrübəli qolkiper millidəki karyerasını başa vurduğunu bildirib.
 
2006-cı ildən ölkəsinin əsas komandasında oynamağa başlayan Fabianski, Polşa millisində 56 oyuna çıxıb. O, 2018-ci ildən "Vest Hem"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest