"Zirə"nin bu yay fasiləsində yollarını ayırdığı serbiyalı futbolçu Lazar Corceviç özünə yeni klub tapıb. Matc.az xəbər verir ki, mərkəz müdafiəçisi Bəhreynin "Əl Xaldiya" klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 
 
Qeyd edək ki, Lazar Corceviç ötən ilin iyununda "Radniçki"dən "Zirə"yə transfer edilmişdi. Lakin o, geridə qalan mövsümün sonlarında bəzi oyunlardakı kobud səhvlərinə görə əsas heyətdəki yerini itirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest