ötən mövsümün sonunda "Zirə"dən ayrılan mozambikli futbolçu Klesio Bauk karyerasını Portuqaliyada davam etdirəcək. Matc.az xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi "Maritimo" klubuna keçib.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa təmsilçisi təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detallarını açıqlamayıb.
 
Qeyd edək ki, Klesio Bauk Azərbaycanda "Zirə"dən öncə "Qəbələ"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest