"Barselona"nın sabiq futbolçusu Boyan Krkiç karyerasını Yaponiyada davam etdirəcək. Matc.az xəbər verir ki, 30 yaşlı hücumçu "Vissel Kobe"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Krkiç ilə müddəti 2023-cü ilin yanvarına qədər olan müqavilə imzalanıb.
 
Krkiç bu ilin yanvarından azad agent idi. İspaniya yığmasında bir oyun keçirən hücumçu, karyerası ərzində "Barselona", "Milan", "Roma", "Stok Siti" kimi klublarda da çıxış edib.
 
"Vissel Kobe"də "Barselona"nın sabiq futbolçusu Andres İnyesta da forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest