Futbol üzrə Polşa çempionatında 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plok) növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Radomiak Radom" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, sözügedən komandanın yeni mövsümdək ilk qələbəsidir.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
 
"Visla" 3 turdan sonra 3 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest