İspaniyanın "Vilyarreal" klubu hücumçusu Hayssem Hassanla yollarını ayırıb. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi 19 yaşlı forvardı "Mirandes"ə icarəyə verib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu 2021/22 mövsümünün sonuna kimi Sequnda təmsilçisinin uğurları üçün çalışacaq.
 
Hassan Fransanın "Şatoru" klubunun yetirməsidir. Peşəkar karyerasına da bu klubda başlamış futbolçu, 2020-ci ildən "Vilyarreal"dadır. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest