Bu gün futbol üzrə Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" səfərdə Qazaxıstan "Şaxtyor"u ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmamışdı. Cavab görüşünün də əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Qazaxıstan təmsilçisi növbəti mərhələyə adlayıb. Ukrayna klubunun heyətində penaltini qaçıran üç futbolçudan biri də məhz Nuriyev olub.

Norveç "Rusenborq"u isə doğma meydanda 6 qol vurduğu "Domjale" ilə bu dəfə səfərdə üz-üzə gəlib. Bu görüşdə qələbə qazanan Norveç təmsilçisi mərhələ adlayan tərəf olub.

Qeyd edək ki, bu mərhələnin qalan oyunları avqustun 12-də keçiriləcək.

Avropa Konfrans Liqası
III təsnifat mərhələsinin cavab oyunları
10 avqust

Şaxtyor (Qazaxıstan) – Kolos (Ukrayna) 0:0 (penaltilər 3:1)
İlk oyun – 0:0

Domjale (Sloveniya) – Rusenborq (Norveç) 1:2
İlk oyun – 1:6.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest