"Kəpəz"in yeni mövsümə hazırlıq çərçivəsində yoxlama görüşü üçün ilk rəqibi məlum olub. Matc.az xəbər verir ki, "sarı-göylər" Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan "Mübarizlər" komandası ilə qarşılaşacaq. Bu komanda qarşıdakı mövsümdə Region Liqasında çıxış etməyi hədəfləyib.
 
"Kəpəz" – "Mübarizlər" matçı avqustun 11-də, Gəncədə keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest