"Barselona"nın müdafiəçisi Xerard Pike sahibi olduğu "Andorra" klubunu böyütmək niyyətindədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu V liqa təmsilçisinə stadion tikdirmək niyyətindədi.

Belə ki, Pike stadion və təlim-məşq bazası tikintisi haqqında planlar üzərində çalışır. Səlahiyyətli qurum tikinti üçün artıq ərazi axtarışındadı. Planların həyata keçməsi üçün təxminən 200 milyon avro vəsait lazım olacaq. İspaniyalı oyunçu bu məqsədlə sponsor axtarışlarına başlayıb.

Qeyd edək ki, "Andorra" klubunun səhmlərinin bir qismi digər futbolçular Lionel Messi və Sesk Fabreqasa məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest