Misir prezidenti Abdel Fattah Əs-Sisi Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında medal qazanmış idmançılarla bağlı maraqlı qərar imzalayıb. Matc.az xəbər verir ki, o, karate üzrə Olimpiya çempionu Ferial Abdelaziz başda olmaqla, Tokio-2020-dən medalla qayıdan idmançıların adlarının körpü və bulvarlara verilməsi haqqında sərəncama imza atıb. 
 
Ferial Abdelaziz Olimpiadada karatenin kumite növündə 61 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən İrina Zaretska ilə final görüşündə 2:0 hesablı qələbə sayəsində çempion olub. Bununla,  Olimpiya çempionu olan ilk misirli qadın idmançı kimi tarixə düşüb. 
 
Qeyd edək ki, Misir Yay Olimpiya Oyunlarında 6 medal qazanıb (1 qızıl, 1 gümüş və 4 bürünc).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest