Avqustun 12-də keçiriləcək HJK - "Neftçi" oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bakıda baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi Finlandiyanın HJK klubu baş məşqçisi Toni Koskela ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Helsinki təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
38 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilədək nəzərdə tutulub.
 
Qeyd edək ki, Toni Koskela 2019-cu ilin mayından bu komandanı çalışdırır.
 
Xatırladaq ki, avqustun 12-də keçiriləcək HJK - "Neftçi" oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bakıda baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest