İngiltərənin "Lester Siti" klubunun futbolçusu Uesli Fofana əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə fransalı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
 
İspaniyanın "Vilyarreal" komandası ilə keçirilən yoxlama matçında (3:2) zədələnən Fofana uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Müdafiəçi ən tez 2022-ci ilin fevralında məşqlərə başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest