Namiq Ələskərov "ağ-qaralar"la səfərə çıxa bilməyəcək. Namiq və portuqaliyalı legioner Hugo Basto fərdi məşq keçəcəklər.

"Neftçi" sabah səhər saatlarında Finlandiyaya yollanacaq. Paytaxt təmsilçisi avqustun 12-də Avropa Liqasının III təsnifat mərhələsində Helsinkidə HİK-lə cavab oyununa çıxacaq. 
 
Son günlər Türkiyənin "Bursaspor" klubuna keçidi gündəmə olan Namiq Ələskərov isə "ağ-qaralar"la səfərə çıxa bilməyəcək. Bu barədə matc.az saytına komandanın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. O bildirib ki, Namiq  və portuqaliyalı legioner Hugo Basto fərdi məşq keçəcəklər. 
 
Qeyd edək ki, "Neftçi" və HİK arasında Bakıda keçirilmiş oyunda bərabərlik qeydə alınmışdı – 2:2.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest