"çelsi"nin müdafiəçisi David Luiz komandasını dəyişmək niyyətində deyil. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu braziliyalının meneceri Kia Jurabçan deyib.

O bildirib ki, ulduz futbolçu komandada qalmaq niyyətindədi: "Mətbuatda yazılanların əksinə olaraq, "çelsi" ilə dost münasibətlərimiz var. Biz David Luizin yeni müqaviləsi üzərində çalışırıq. çünki o, "çelsi"də qalmaq istəyir".

Qeyd edək ki, David Luizin "çelsi" ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest