Bu gün futbol üzrə UEFA Super Kubokunun qalibi məlum olub. Matc.az xəbər verir ki, həlledici matçda İngiltərənin "çelsi" və İspaniyanın "Vilyarreal" komandaları üz-üzə gəlib.

Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən qarşılaşmanı rusiyalı referi Sergey Karasyov idarə edib.

Matçda hesabı ilk hissədə "çelsi" açıb. Lakin ikinci hissədə ispanlar bərabərlik qolunu vurmağı bacarıblar. Əlavə vaxtda da başqa qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "çelsi" növbəti tituluna yiyələnib.

Xatırladaq ki, "çelsi" ötən mövsüm çempionlar Liqasının, "Vilyarreal" isə Avropa Liqasının qalibi olub.

UEFA Super Kuboku
11 avqust

çelsi (İngiltərə) – Vilyarreal (İspaniya) 1:1 (penaltilər 6:5)
Qollar: H.Ziyeş, 27 – J.Moreno, 73.
Baş hakim: Sergey Karasyov (Rusiya).
Belfast. "Vindzor Park" stadionu.

çelsi: 16. Eduard Mendi, 2. Antonio Rudiger, 3. Markos Alonso, 7. Nqolo Kante (k), 11. Timo Verner, 14. Trevo çaloba, 15. Kurt Zuma, 17. Mateo Kovaçiç, 20. Kallum Hadson-Odoi, 22. Hakim Ziyeş, 29. Kay Haverts.
Vilyarreal: 1. Serxio Asenso, 3. Raul Albiol (k), 4. Pau Torres, 7. Jerar Moreno, 8. Xuan Foyt, 14. Manu Triqeros, 16. Bulaye Dia, 18. Alberto Moreno, 21. Yeremi Pino, 24. Alfonso Pedrasa, 25. Etyen Kapue.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest