Türkiyənin "Bursaspor" klubu "Neftçi"nin futbolçusu Namik Ələskərov üçün rəsmi transfer təklifi göndərib. Matc.az xəbər verir ki, bu barədə "Olay Final" nəşri məlumat yayıb.
 
Məlumata görə, bu, 26 yaşlı hücumçunun müqaviləsindəki 50 min avro qarşılığında azad agent statusu ala biləcəyinə dair maddə əsasında gerçəkləşib. 
 
"Bursaspor" rəhbərliyinin qərarı əsasında yeni yol xəritəsi müəyyənləşdirəcəklər. Azərbaycan komandası avqustun 12-də Finlandiyada HİK-lə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünün nəticəsinə uyğun olaraq, "Bursaspor"a cavab verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest