25 yaşlı forvard Tiraspol təmsilçisinə 2019-cu ildə "Nantonq Jiun"dan keçib. Transfer zamanı tələblər yerinə yetirilmədiyindən Çin klubu məhkəməyə üz tutub. CAS şikayətə sentyabrın 30-da baxacaq.

Bakının "Keşlə" klubunun futbolçusu Anatol Abanq İdman Arbitaj Məhkəməsinə şikayət edilib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Kamerunlu futbolçudan çinin "Nantonq Jiun" klubu şikayət edilib. Futbolçu ilə yanaşı, onun sabiq klubu "Şerif" (Moldova) məhkəməyə verilib.
 
25 yaşlı forvard Tiraspol təmsilçisinə 2019-cu ildə "Nantonq Jiun"dan keçib. Transfer zamanı tələblər yerinə yetirilmədiyindən çin klubu məhkəməyə üz tutub. CAS şikayətə sentyabrın 30-da baxacaq.
 
Qeyd edək ki, Anatol Abanq 2020-ci ilin dekabrından "Keşlə"də çıxış edir. Bu müddətdə 18 oyuna çıxan Kamerun millisinin sabiq üzvü bir qol vurub və bir məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest