Finlandiyanın HJK komandasının futbolçusu Miro Tenho Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib. Matc.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 26 yaşlı müdafiəçi, "Neftçi"nin hücumda effektiv olduğunu deyib:
 
"Neftçi"nin yaxşı futbolçuları var. Hücumda çox effektivdirlər. Onlara boşluqlar versək, asanlıqla qol vura bilərlər.
 
Bakıdakı oyunda demək olar ki, üstün tərəf biz idik. öz oyunumuzla onların müdafiəçilərinə çətinlik yaratdıq.
 
Azarkeşlərimiz bizi daha da cəsarətləndirir və rəqiblərimizi gərginləşdirir. ümid edirəm ki, "Neftçi" ilə oyuna mümkün qədər çox azarkeş gələcək və birlikdə gələcəkdə də xatırlanacaq nəticə qazanacağıq".
 
Avqustun 12-də keçiriləcək HJK – "Neftçi" matçına saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest