Fransanın PSJ klubu Lionel Messinin transferini açıqladıqdan sonra argentinalı hücumçunun formalarını satışa çıxarıb. Matc.az xəbər verir ki, Paris klubunun fanatları Messinin satışa çıxarılan formalarına böyük maraq göstəriblər.
 
Belə ki, bir saat ərzində 34 yaşlı hücumçunun 250 min forması satılıb.
 
Fransa klubunun Messidən sonra sosial şəbəkə hesablarında da izləyici sayı iki dəfə artıb.
 
Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest